...

İlin əvvəlindən Azərbaycanda təxminən 4,7 min gömrük pozuntusu qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2013 13:26 (UTC +04:00)
2013-ci ilin yanvar-may aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 4713 inzibati qanun pozuntusu aşkar edilib.
İlin əvvəlindən Azərbaycanda təxminən 4,7 min gömrük pozuntusu qeydə alınıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E. Əliyev/

2013-ci ilin yanvar-may aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 4713 inzibati qanun pozuntusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı DGK-nın yaydığı məlumatda deyilir.

Onlardan 61-i qanunsuz keçməyə cəhd, 104-i əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 3952-si isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır.

Həmçinin hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 113 fakt qeydə alınıb.

Məlumata görə, 91 fakt qaçaqmalçılıqla, 56-i isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Hesabat dövründə 58,84 kiloqram narkotik vasitə ələ keçirilib. Həmçinin 6 ədəd aksis markaları olmadan malların idxalı faktı qeydə alınıb.

Bu faktlar üzrə yanvar-may aylarında şübhəli şəxs qismində 129 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti