...

Azərbaycanda növbəti subsidiyaların həcmi müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2013 20:44 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycanda növbəti subsidiyaların həcmi müəyyən edilib

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Bu gün kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Respublika Komissiyasının sədri, kənd təsərrüfatı naziri İsmət Abasov çıxış edərək bildirib ki, Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarlarının icrasına uyğun olaraq, 2013-cü ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50 faizinin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlərin daxil olması davam edir.

Komissiya 4 satıcı təşkilat, o cumlədən, "Aqrolizinq" ASC, "Aqrokimya" MMC, "Mikro Az Feed" MMC və "NUR-AZE" MMC üzrə Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarı ilə təsdiq olunmuş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştə satılması Qaydaları"nın 1.2, 2.3 və 2.8-ci maddələrinə və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarının 2.1, 2.3 və 5-ci maddələrinə uyğun olaraq, 9474 nəfər istehsalçıya 83 233,3 hektara görə 50 faiz güzəştlə satılmış 14 487,656 ton mineral gübrə üçün 3 milyon 228 min manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədlə müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti