Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.Əliyev/
Cümə axşamı Bakı Biznes Mərkəzində Çin Xalq Respublikasının Quanjao şəhərində keçiriləcək 114-cü İxrac-idxal məhsullarının sərgisi haqqında təqdimat keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) çərşənbə günü yaydığı məlumatda bildirilir.
Sərgi 2013-cü ilin oktyabrında Çinin Quanjao şəhərində keçiriləcək.
Əlavə məlumatı aşağıdakı vasitələrlə almaq olar:
Əlaqəli şəxs: Anar Nuriyev
Telefon: +99412 598 0147/48 (daxili: 119, 123),
е-mail: [email protected].