...

"Kapital Bank" ciddi kapitallaşmaya başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2013 18:54 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Kapital Bank"ın 30 milyon manat həcmində adi, sənədli, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Kapital Bank" ciddi kapitallaşmaya başlayır

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Kapital Bank"ın 30 milyon manat həcmində adi, sənədli, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend çərşənbə günü QKDK-nın rəsmi saytına istinadən məlumat verir.

Emissiya çərçivəsində kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 10 manat olan 3 milyon ədəd səhm buraxılacaq.

Emissiyanın yerləşdirilməsi çərçivəsində bankın nizamnamə kapitalı 80 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti