...

Azərbaycanda 86 beynəlxalq standart milli standart kimi qəbul olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2013 16:50 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasında texniki tənzimləmə və standartlaşdırma sahəsində aparılan islahatlar: nailiyyətlər, prioritetlər, problemlər” mövzusunda konfrans keçirilib.
Azərbaycanda 86 beynəlxalq standart milli standart kimi qəbul olunub

Azərbaycan, Bakı, 5 iyul /Trend/

Bu gün Bakıda Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında texniki tənzimləmə və standartlaşdırma sahəsində aparılan islahatlar: nailiyyətlər, prioritetlər, problemlər" mövzusunda konfrans keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Elçin Quliyev konfransın əsas məqsədinin iştirakçılara ölkəmizdə fəal inkişafda olan texniki tənzimləmə və standartlaşdırma sisteminin beynəlxalq və Avropa İttifaqının tələblərinə uyğunlaşdırılması üçün həyata keçirilən islahatlar haqqında məlumat vermək, habelə bu mövzular ətrafında fikir mübadiləsi aparmaq olduğunu qeyd edib. Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində keyfiyyət infrastrukturunun əsas komponenti kimi inkişaf edən texniki tənzimləmə və standartlaşdırma sahəsinin daxili bazarın təhlükəli məhsullardan qorunmasında, ticarətdə texniki maneələrin aradan qaldırılmasında və sahibkarlığın inkişaf etdirilməsində rolu mühümdür.

Komitənin standartlaşdırma sahəsi üzrə bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini vurğulayan natiq bildirib ki, Komitə tərəfindən son illərdə 65 ISO standartı, 13 Avropa standartı və qida təhlükəsizliyi sahəsində 8 "Codex Alimentarius" standartı milli standart kimi qəbul olunub.

Komitənin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin müdiri Namiq Tağıyev məruzəsində Azərbaycanda texniki tənzimləmə və standartlaşdırma sistemində islahatlar haqqında geniş məlumat verib.

"Yeni yanaşma və Avropa standartlaşdırma sistemi: Ticarətdə texniki maneələrin aradan qaldırılması və məhsulların azad hərəkətinin təminatı" mövzusunda məruzə ilə çıxış edən standartlaşdırma üzrə beynəlxalq ekspert Filip Denqler bu sahədə ölkəmizin əldə etdiyi uğurlardan məmnun olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda texniki tenzimləmə və standartlaşdırma sahəsinin müasir tələblər səviyyəsində inkişafı keyfiyyət amilinin yüksəldilməsini, ixrac imkanlarının artmasını və islehlakçı inamının formalaşmasını təmin edib. F.Denqler bu istiqamətdə Aİ ölkələrinin təcrübəsi haqqında məlumat verib.

Konfrans digər məruzələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti