...

640 kq-a yaxın saxlama müddəti ötmüş ərzaq malları məhv edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2013 19:51 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar satışdan çıxarılıb.
640 kq-a yaxın saxlama müddəti ötmüş ərzaq malları məhv edildi

Azərbaycan, Bakı, 9 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı istehlaka yararsız məhsullar satışdan çıxarılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Binəqədi, Suraxanı, Sabunçu rayonlarında, Yevlax, Xudat şəhərlərində, Abşeron, Goranboy, Füzuli rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 640 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti