...

"PaşaBank" kapitalını 28 faizdən çox artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2013 13:33 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "PaşaBank"ın 228 milyon manat həcmində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"PaşaBank" kapitalını 28 faizdən çox artırır

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "PaşaBank"ın 228 milyon manat həcmində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend çərşənbə günü QKDK-nın rəsmi saytına istinadən məlumat verir.

Emissiyanın yerləşdirilməsi 17,800 manat nominalında 10 min səhmin 22,800 manat nominallı eyni həcmdə səhmə konvertasiya yolu ilə həyata keçiriləcək.

Bununla da bankın nizamnamə kapitalı 178 milyon manatdan 228 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti