...

"Unibank" nağdsız hesablaşmalara görə müştərilərinə pul məbləği verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2013 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul/Trend/

Yay ayları boyunca "Unibank" öz müştərilərini sevindirməkdə davam edir. Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bütün peşə sahiblərinə güzəştli kreditlərlə yanaşı, "Unibank" iki lotereya oyunu da həyata keçirir. Bankın müştəriləri yalnız kredit ödənişi zamanı deyil, depozit qoyuluşu zamanı da, əlavə gəlir əldə etmək imkanı qazanırlar.

İyunun 24-dən avqustun 31-dək davam edən "Kreditinizi ödəyin və qazanın" adlı tirajlı stimullaşdırıcı lotereya çərçivəsində, "Unibank"a olan kredit ödənişlərini ölkə üzrə Azərpoçt filiallarından, Milli Ön paypointlərindən və Online formada (unibank.az və hesab.az saytlarında) həyata keçirən müştərilər, pul uduşları qazanmaq şansı əldə edəcəklər. Lotereyanın şərtləri bu müddətdə "Unibank" filiallarında və bankın Cash-in-lərində aparılan kredit ödənişlərinə şamil edilmir.

Tirajda 50 lotereya iştirakçısı qalib elan ediləcək. Uduşun ümumi fondu 5 000 (beş min ) manat təşkil edir. Hər qalib 100 manat pul uduşu əldə edəcək.

Bankda depozit hesabı açan müştəriləri də sürprizlər gözləyir. Avqustun 31-dək "Unibank"da depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq. Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/AVRO məbləğində əmanət qoyan və ya mövcud əmanətinin müddətini kampaniya ərzində ən azı l2 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər. Hər 100 AZN/USD/AVRO həcmində əmanət bir şans kimi dəyərləndiriləcək. Aksiya çərçivəsində 20 iştirakçının hərəsi 500 AZN qazanacaq. Bir qalib isə 2013-cü il istehsalı olan Chrysler 200 Touring 2.4 avtomobili qazanacaq.

Bütün yay boyu "Unibank" öz müştərilərini müxtəlif səmərəli kampaniya və sürprizlərlə sevindirməkdə davam edəcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti