...

ARDNF-nin üç il ərzində maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2013 19:32 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu 2013, 2014, 2015-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.
ARDNF-nin üç il ərzində maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2013, 2014, 2015-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.

Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, xidmət təklifləri sorğusuna əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində ən münasib təklif vermiş "Price Waterhouse Coopers" şirkəti müsabiqənin qalibi müəyyən edilib.

Şirkət Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Prezidenti tərəfindən Fondun 2013, 2014, 2015-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti