...

"Unibank" bayram günlərində müştərilərə xidmət göstərməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2013 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust/Trend/

"Unibank" Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, bol ruzi-bərəkət arzulayır. Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, avqustun 8-i və 9-nun qeyri-iş günləri olduğunu nəzərə alaraq, "Unibank" əhalinin bank xidmətlərinə tələbatını daha çevik ödəmək üçün, bayramın sonrakı günü- avqustun 10-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bankın paytaxdakı 11 saylı ("Dərnəgül") və 16 saylı ("Baksovet") filialları istisna olmaqla, bütün Bakı və bölgə filialları səhər saat 09.00-dan 18.00-dək müştərilərə xidmət göstərəcəklər. Bank əməliyyatları saat 17.00-dək aparılır.

Xatırladaq ki, "Unibank" kreditlər üzrə illik standart faiz dərəcələrini 3% aşağı salıb. "Unibank"da kreditin maksimal məbləği 7500 manatadək artırılıb, müddət isə 48 ayadək uzadılıb. Üstəlik, "Unibank"dan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir.

Bankın sərfəli kredit məhsulları Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün nəzərdə tutulub. Başqa banklara borcu olanlar belə, "Unibank"dan rahatlıqla kredit götürə bilər. Bankın istənilən filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşan müştəri, cəmi 15-20 dəqiqə ərzində nağd kredit əldə edə bilir. Həm də "Unibank"dan arayışsız və zaminsiz kredit götürmək üçün qeydiyyata, iş stajına və minimal əmək haqqının məbləğinə tələb yoxdur. Bank Paytaxt və bölgələri əhatə edən 32 filialı ilə vətəndaşların xidmətindədir. Filiallar həftənin 6 günü səhər saat 9-dan 18.00-dək nahar fasiləsiz işləyir.

Daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından (www.unibank.az) və yaxud Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti