Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir A.Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Azərbaycan Sənaye Bankı" ASC-nin 32 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Bakı Fond Birjasından (BFB) çərşənbə günü Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 1 manat olan 32 milyon səhm buraxılıb. Bank avqustun əvvəlində kapitalı artırmayaraq səhmlərin nominalını 0,2-dən 1 manatadək artırıb.
Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı indiki 28 milyon manatdan 60 milyon manatadək artacaq.
Sövdələşmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.