...

İl ərzində Azərbaycan banklarının aktivləri təqribən 25 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2013 08:09 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, 2013-cü il iyulun 1-nə olan vəziyyətə görə, ölkə banklarının aktivləri 18,19 milyard manat təşkil edib.
İl ərzində Azərbaycan banklarının aktivləri təqribən 25 faiz artıb

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, 2013-cü il iyulun 1-nə olan vəziyyətə görə, ölkə banklarının aktivləri 18,19 milyard manat təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövründə 14,72 milyard manat olub.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına istinadən verdiyi xəbərə görə, hesabat dövründə bankların aktivləri 23,58 faiz artıb.

Bank sektorunun məcmu passivləri 18,19 milyard manat dəyərində qiymətləndirilib.

Bank sektoru aktivlərinin əsasını müştərilərə verilən 12 551,7 milyon manat dəyərində kreditlər (il ərzində 30,17 faiz artım), investisiyalar (21,57 faiz artımla 1573,8 milyon manat) və müxbir hesablarındakı vəsaitlər (6 faiz azalma ilə 998,3 milyon manat) təşkil edib. Maliyyə sektoruna verilən kreditlər və depozitlər 720,2 milyon manat (11,28 faiz artımla) olub.

Passivlər strukturunda əsas payı 2012-ci ilin analoji dövrü ilə müqayisədə 23,64 faiz artan depozitlər (2013-cü il iyulun 1-nə 8 436,2 milyon manat) təşkil edir. Maliyyə sektorundan alınan kreditlər və depozitlər 29,44 faiz artaraq 5876,3 milyon manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti