Azərbaycan, Bakı, 20 avqust /Trend /
Sabah Bakının Masazır qəsəbəsinin və Binəqədi kəndininsuyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə Ceyranbatan-Binəqədi magistral su xəttində planlaşdırılan təmir-bərpa işləri ilə əlaqədar 21 avqust 2013-cü il tarixində Masazır qəsəbəsinin və Binəqədi kəndinin bir hissəsinin içməli su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.