...

“Expressbank” plastik kart sahiblərinə qiymətli hədiyyələr udmaq şansı təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2013 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 avqust /Trend /

Expressbank müştərilərini 01 sentyabr 2013-cü il - 31 oktyabr 2013-cü il-ci il tarixləri aralığında keçirilən kampaniyaya dəvət edir.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, kampaniyada iştirak etmək üçün "Expressbank" ASC-nin emissiya etdiyi VISA Electron və ya Maestro tipli əmək haqqı kartları vasitəsi ilə ən azı 10 (on) AZN məbləğində bir nağdsız əməliyyat etmək kifayətdir. Əməliyyatların çoxluğundan asılı olaraq iştirakçılar daha dəyərli mükafatların qazanmaq şansını əldə edirlər.

Kampaniya çərçivəsində 3 (üç) növ mükafat oynanılacaq:

- Kampaniyanın keçirilmə müddətində hər biri minimum 10 (on) AZN olmaqla 1 (bir) ədəddən 3 (üç) ədədə kimi əməliyyat keçirmiş müştərilər 100 (bir yüz) AZN məbləğində, 4 (dörd) və ya 5 (beş) ədəd əməliyyat keçirmiş müştərilər 200 (iki yüz) AZN məbləğində, 6 (altı) və daha artıq əməliyyat keçirmiş müştərilər 300 (üç yüz) AZN məbləğində mükafatın oynanılmasında iştirak hüququ əldə edirlər.

Qeyd edək ki, bu Expressbankın müştəriləri üçün keçirdiyi ilk kampaniya deyil. Bundan sonra da sizləri biri birindən maraqlı və faydalı kampaniyalar gözləyir.

Əlavə məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə və ya bankın rəsmi facebook səhifəsinə keçid ala bilərsiniz http://www.facebook.com/Expressbank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti