...

Şahin Mustafayev: Azərbaycan və Tacikistan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün bütün ilkin şərtlər var

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Sentyabr 2013 18:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan və Tacikistan arasında iqtisadi əməkdaşlıq sahəsində mövcud uğurlar və nailiyyətlər onların bütün ilkin şərtləri olan inkişaf potensialını kifayət qədər əks etdirmir. Trend-in məlumatına görə, bu barədə Bakıda keçirilən Azərbaycan-Tacikistan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının II iclasında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Mustafayev deyib: "Ölkələrimiz arasında münasibətlər siyasət, iqtisadiyyat və mədəniyyət sahələri daxil olmaqla bütün sahələrdə uğurla inkişaf edir. Yüksək səviyyədə, o cümlədən qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verib".

Nazirin sözlərinə görə, əminliklə söyləmək olar ki, ölkələr arasında iqtisadiyyat sahəsi üzrə möhkəm müqavilə hüquq bazası yaradılıb: "İki ölkə arasında azad ticarət, qarşılıqlı investisiyaların qorunması, ikiqat vergi qoymanın aradan qaldırılması haqqında, o cümlədən 2015-ci ilə qədər iqtisadi əməkdaşlıq proqramı da daxil olmaqla təxminən 40 saziş imzalanıb".

Ş.Mustafayevin sözlərinə görə, bu təməl ticari-iqtisadi əlaqələrin inkişafı üçün mühüm əhəmiyyətə malikdir: "Ticarət bizim münasibətlərimizdə əhəmiyyətli yer tutur. Qeyd etmək lazımdır ki, 2012-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 2,8 dəfə artaraq 44 milyon dollar təşkil edib. Təəssüf ki, Azərbaycandan Tacikistana ixrac olunan malların çeşidinin genişlənməsinə baxmayaraq, 2013-cü ildə bir qədər azalma müşahidə olunur və biz, o cümlədən bugünkü iclas çərçivəsində iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı məsələlərini müzakirə etməliyik".

Hökumətlərarası komissiyanın həmsədrləri Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Tacikistanın meliorasiya və su təsərrüfatı naziri Rəhmət Bobokalonovdur.

İkitərəfli görüşün başa çatmasından sonra hökumətlərarası komissiyanın ikinci iclasının protokolu imzalanıb. Sənəd iki ölkə arasında ticarət, qarşılıqlı investisiya, kənd təsərrüfatı, tikinti, İKT, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın prioritetlərini əks etdirir.

Azərbaycana səfəri çərçivəsində Rəhmət Bobokalovun rəhbərlik etdiyi Tacikistan nümayəndə heyəti Azərbaycanda fəaliyyət göstərən müxtəlif müəssisələrə baş çəkəcək, bir sıra görüşlər keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti