...

Nazir müavini: Siyasi hadisələr Türkiyədə turistlərin təhlükəsizliyinə təsir edə bilməz

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2013 08:22 (UTC +04:00)
Hər hansı siyasi hadisələr Türkiyədə əcnəbi turistlərin təhlükəsizliyinin təmin edilməsinə təsir etmir.
Nazir müavini: Siyasi hadisələr Türkiyədə turistlərin təhlükəsizliyinə təsir edə bilməz

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Hər hansı siyasi hadisələr Türkiyədə əcnəbi turistlərin təhlükəsizliyinin təmin edilməsinə təsir etmir. Trend-in məlumatına görə, bunu RİA Novosti-yə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Özgür Özaslan deyib.

Ö.Özaslan "Suriyaya mümkün hərbi müdaxilə Türkiyənin turizm sektoruna təsir edə bilərmi?" sualına belə cavab verib: "Siyasi arenada nə baş verməsindən, Türkiyə ətrafında yaranan hər hansı gərginlikdən asılı olmayaraq, bizim turistləri heç nə təhdid edə bilməz".

Nazir müavininin sözlərinə görə, Türkiyə turizm sektorunda təhlükəsizliyin təmin edilməsinə birinci dərəcəli əhəmiyyət verir:

"Turizm bizim ölkəmiz üçün iqtisadiyyatının prioritet sahələrindən biridir və dünyada nə baş verməsindən asılı olmayaraq, biz turistlərin təhlükəsizliyini 100 faiz təmin edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti