...

"Bank of Baku"dan neftçilərə 3 faizlik endirimli kredit

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2013 19:14 (UTC +04:00)
Azərbaycan neftçilərinin peşə bayramı ilə əlaqədar “Bank of Baku” neft sənayesində çalışan şəxslər üçün güzəştli kreditlər ayırmağa başlayır.
"Bank of Baku"dan neftçilərə 3 faizlik endirimli kredit

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Azərbaycan neftçilərinin peşə bayramı ilə əlaqədar "Bank of Baku" neft sənayesində çalışan şəxslər üçün güzəştli kreditlər ayırmağa başlayır.

16 sentyabr - 21 sentyabr tarixləri arasında Azərbaycanın neft sənayesi işçiləri nağd pul kreditlərinin illik faiz dərəcəsində 3%-lik endirim fürsətindən bəhrələnə bilər.

Kreditin maksimal məbləği 10.000 manat təşkil edir. Güzəştli kreditin müddəti 30 aydır.

Kredit rəsmiləşdirmək istəyən neftçilər "Bank of Baku"nun istənilən filialına üz tuta və yaxud onlayn ərizəni doldurub banka göndərə bilər: http://www.bankofbaku.com/az/online-banking/credit-online.html

Daha ətraflı: www.facebook.com/bankofbaku və ya 145 Məlumat Mərkəzi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti