...

"TuranBank" yanğınsöndürənlərə endirimli istehlak kreditləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2013 18:14 (UTC +04:00)
Oktyabrın 10-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yaranmasının 95-ci ildönümü qeyd edilir.
"TuranBank" yanğınsöndürənlərə endirimli istehlak kreditləri təklif edir

Azərbaycan, Bakı, 10 oktyabr/Trend/

Oktyabrın 10-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yaranmasının 95-ci ildönümü qeyd edilir. Azərbaycanda Yanğından Mühafizə Xidməti 1918-ci ildə yaradılıb. Ümummilli lider Heydər Əliyevin 5 oktyabr 2002-ci il tarixli sərəncamı ilə 10 oktyabr yanğınsöndürənlərin peşə bayramı kimi təsis edilib.

"TuranBank" Dövlət Yanğından Mühafizə Xidməti işçilərini peşə bayramları münasibətilə təbrik edir və onlara çətin və həyati vacib işlərində uğurlar diləyir.

"TuranBank" 10-14 oktyabr tarixləri aralığında peşə bayramları münasibətilə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Göstərilən tarixlərdə "TuranBank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Bankdan Trend-ə verilən məlumata görə, kredit faizlərində endirim "TuranBank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

"TuranBank" müştərilərə əlverişli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə, avtomobil və ipoteka kreditləri, eyni zamanda, "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.

Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabət qabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir.

"TuranBank"ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank müştərilərə əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Hazırda bank öz müştərilərinə Western Union, Xpress Money, Contact, Migom, Zolotaya Karona, Privatmoney, Allure, Blizko, IBA-Express və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.

Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatalada, Xaçmaz və Qazaxda olmaqla) və 20 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.

"TuranBank"ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti