Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir T.Cəfərov/
Cari ilin ilk altı ayı ərzində (İranda il martın 21-də dəyişir) İrandan Azərbaycana qeyri-neft sektorunda ixracat 274 milyon dollar təşkil edib. Bunu İranın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Seyid Fərəc Şəhidi Trend-ə deyib.
Şəhidi bildirib ki, bu müddət ərzində İrandan Azərbaycana əsasən, tikinti materialları, o cümlədən sement, kilinker, dəmir filizi, float şüşə, seramika , metlax və kənd təsərrüfatı məhsuları ixdal olunub.
Onun sözlərinə görə, cari ilin ilk altı ayında Azərbaycandan İrana ixrac olunan məhsulların ümumi dəyəri 11 milyon dollar təşkil edib.
O bildirib ki, Azərbaycandan İrana daha çox taxta, ağac, pambıq , qeyri-doymuş tsiklik karbohidrogen və müxtəlif növ rezin materilları ixrac olunub.
Şəhidi əlavə edib ki, həmin dövrdə İrandan Azərbaycana 2 milyon 654 min dollar dəyərində 301 ədəd avtomobil ixrac olunub.