...

İran Azərbaycana və Gürcüstana iqtisadi nümayəndə heyəti göndərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2013 15:17 (UTC +04:00)
İran qonşularla münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan və Gürcüstana iqtisadi nümayəndə heyəti göndərəcək.
İran Azərbaycana və Gürcüstana iqtisadi nümayəndə heyəti göndərəcək

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir F.Kərimov /

İran qonşularla münasibətlərin yaxşılaşdırılması üçün Azərbaycan və Gürcüstana iqtisadi nümayəndə heyəti göndərəcək. Trend Mehr agentliyinə istinadən, bu barədə Tehranın ticarət palatasının sədri Yəhya əl Eşad bazar günü bildirib.

Bundan öncə iqtisadi nümayəndə heyətləri Ermənistana və İraqa göndərilib, indi isə bu nümayəndə heyətləri Azərbaycan, Gürcüstan və Əfqanıstana göndəriləcək, Tehranın ticarət palatasının sədri bildirib.

Eşadın sözlərinə görə, Tehranın ticarət palatası Fars körfəzi dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi siyasətini həyata keçirir və əlavə edib ki, bir sıra nümayəndə heyətləri BƏƏ, İraq, Bəhreyn, Oman və Qətərə göndərilib.

Cari ilin ilk altı ayı ərzində (İranda il martın 21-də dəyişir) İrandan Azərbaycana qeyri-neft sektorunda ixracat 274 milyon dollar təşkil edib. Bunu İranın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Seyid Fərəc Şəhidi Trend-ə deyib.

Şəhidi bildirib ki, bu müddət ərzində İrandan Azərbaycana əsasən, tikinti materialları, o cümlədən sement, kilinker, dəmir filizi, float şüşə, seramika , metlax və kənd təsərrüfatı məhsuları ixdal olunub.

Onun sözlərinə görə, cari ilin ilk altı ayında Azərbaycandan İrana ixrac olunan məhsulların ümumi dəyəri 11 milyon dollar təşkil edib.

O, bildirib ki, Azərbaycandan İrana daha çox taxta, ağac, pambıq , qeyri-doymuş tsiklik karbohidrogen və müxtəlif növ rezin materilları ixrac olunub.

Şəhidi əlavə edib ki, həmin dövrdə İrandan Azərbaycana 2 milyon 654 min dollar dəyərində 301 ədəd avtomobil ixrac olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti