...

Bakıda Avrasiya Sement İstehsalçılarının Forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2013 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir E. İsmayılov/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Rusiyanın "Business Cem" Sement İstehsalçıları Birliyinin birgə təşkilatçılığı ilə Bakıda Avrasiya Sement İstehsalçılarının Forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə AZPROMO-nun saytında yerləşdirilən məlumatda bildirilir.

Tədbirə 14 ölkədən 70-dən artıq sement istehsalçısının qatılacağı gözlənilir. Tədbir çərçivəsində sement istehsalı ilə məşğul olan şirkətlərin məhsullarının sərgisi də təşkil ediləcəkdir. Forumun 21-22 oktyabr tarixlərində keçiriləcək. Tədbirdə iştirak ödənişlidir (hər bir nümayəndə üçün ödəniş haqqı 470 avro təşkil edir).

Əlavə məlumat əldə etmək üçün aşağıdakı əlaqələndirici şəxslərdən əldə etmək olar:

Telefon: +7 (910) 417 4718;

Email: [email protected])

Əlaqələndirici şəxs: İrina Valyukova

Telefon.: (+99412) 5980147/48 və ya 4371142 (daxili 123)

Email: [email protected])

Əlaqələndirici şəxs: Aynur Nuriyeva

Məqalədə:
Xəbər lenti

Xəbər lenti