...

Azərbaycan Sloveniya sahibkarları ilə əməkdaşlıq əlaqələri qurur

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2013 13:49 (UTC +04:00)
Azərbaycan Sloveniya sahibkarlarını əməkdaşlığa dəvət edir.
Azərbaycan Sloveniya sahibkarları ilə əməkdaşlıq əlaqələri qurur

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir A. Axundov/

Azərbaycan Sloveniya sahibkarlarını əməkdaşlığa dəvət edir. Trend-in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Aslanlı Azərbaycan-Sloveniya biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan xarici investisiyalar üçün cəlbedici ölkədir.

R. Aslanlı Sloveniya nümayəndə heyətinə Azərbaycanda uğurla həyat keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, iri layihələr barədə məlumat verib.

Sloveniyanın Sahibkarlıq, İnnovasiya, İnkişaf, İnvestisiya və Turizm üzrə Dövlət Agentliyinin (SPIRIT) direktoru Boştyan Skaların sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilmısi üçün böyük potensial var.

O, bu potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin iki ölkənin iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyətini, həmçinin iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb.

Görüşdə hər iki tərəfdən turizm, banks ektoru, enerji, İKT, tikinti, daşınmaz əmlak, müdafiə sənayesi, təhlükəsizlik, konsaltinq, təhsil və digər sahələri təmsil edən şirkət nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti