...

Saxta süd məhsullarının istehsalçısı barəsində maliyyə sanksiyası tətbiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2013 18:13 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fiziki şəxs Hikmət Məmmədov Fəxrəddin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı saxta süd məhsullarının istehsal edildiyi müəyyən edilmiş və qanun pozuntuları ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən H.Məmmədov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.
Saxta süd məhsullarının istehsalçısı barəsində maliyyə sanksiyası tətbiq edilib

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Saxta süd məhsullarının istehsalçısı barəsində maliyyə sanksiyası tətbiq edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fiziki şəxs Hikmət Məmmədov Fəxrəddin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı saxta süd məhsullarının istehsal edildiyi müəyyən edilmiş və qanun pozuntuları ilə əlaqədar Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən H.Məmmədov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə H.Məmmədov barəsində 1,3 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti