...

Azərbaycan və Toqo gömrük əməkdaşlığına dair saziş imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2013 14:21 (UTC +04:00)
Azərbaycan və Toqo gömrük əməkdaşlığına dair saziş imzalayacaqlar.
Azərbaycan və Toqo gömrük əməkdaşlığına dair saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir E. Əliyev/

Azərbaycan və Toqo gömrük əməkdaşlığına dair saziş imzalayacaqlar. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, Toqo nümayəndə heyəti ötən il Azərbaycanda olub: "Noyabrın əvvəlində nümayəndə heyətimiz bu ölkəyə qarşılıqlı səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasında kadr potensialının inkişafı sahəsində gömrük əməkdaşlığına dair saziş paraflanacaq. Sazişin imzalanması gələn il Toqoya səfərim zamanı baş tutacaq".

DGK-nin sədri qeyd edib ki, Toqo xüsusi ilə kinoloji sahədə Azərbaycan gömrükçülərinin təcrübəsini öyrənməkdə maraqlıdır:

"Səfər zamanı həmkarlarımıza narkotik maddələrin axtarışı üçün xüsusi təlim görmüş itlər və interaktiv avadanlıq hədiyyə edəcəyik. DGK öz təcrübəsini maraq göstərən ölkələrlə bölüşməyə hazırdır və artıq Afrikanın bəzi ölkələri Azərbaycanla əməkdaşlıq etmək niyyətlərini bildiriblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti