...

Azərbaycan və Sudan arasında iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2013 19:16 (UTC +04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları - Sudanın investisiya naziri Mustafa Osman İsmayıl Elami, maliyyə və iqtisadiyyat naziri Əli Mahmud Məhəmməd Əbdürrəsul, elm və texnologiyalar naziri Eisa Buşra Məhəmməd, dövlət naziri Məhəmməd əl-Muxtar Həsən Huseyn və Sudanın Azərbaycandakı səfiri Məhəmməd Elias əl-Həcdən ibarət nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və Sudan arasında iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə edilib

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları - Sudanın investisiya naziri Mustafa Osman İsmayıl Elami, maliyyə və iqtisadiyyat naziri Əli Mahmud Məhəmməd Əbdürrəsul, elm və texnologiyalar naziri Eisa Buşra Məhəmməd, dövlət naziri Məhəmməd əl-Muxtar Həsən Huseyn və Sudanın Azərbaycandakı səfiri Məhəmməd Elias əl-Həcdən ibarət nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə nazir Ş.Mustafayev Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat verib, Sudan nümayəndə heyətinin Azərbaycana səfərinin, keçirilən görüşlərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

Sudanın investisiya naziri M.Elami Sudan nümayəndə heyətinin III Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmasına görə Azərbaycan hökumətinə təşəkkür edib, geniş tərkibdə nümayəndə heyətinin Azərbaycana səfərinin Sudanın ölkəmizlə ikitərəfli əlaqələrin inkişafına verdiyi böyük önəmin göstəricisi olduğunu qeyd edib. Sudanlı nazir iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatı və mədən sənayesi sahələrində ölkəsinin böyük ehtiyatlara malik olduğunu diqqətə çatdırıb, Azərbaycan şirkətlərini Sudana dəvət edib.

Görüşdə Azərbaycan və Sudan arasında iqtisadi əlaqələrin inkişafı imkanları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti