...

Bank Olmayan Kredit Təşkilatı 8 faiz gəlirliliklə iqtiqrazların yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2013 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.Əliyev/

Noyabrın 5-də Bakı Fond Birjasında (BFB) "Kredit House" MMC-nin ümumi məbləği 1 milyon manat olan təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanılacaq.

BFB-dən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri min manat olan 1000 istiqraz buraxılacaq. Qiymətli kağızların tədavül müddəti 720 gün, gəlirliliyi illik səkkiz faiz, faiz ödəniş dövrünün müddəti rübdə bir dəfədir.

Yerləşdirmənin anderrayteri kimi "Çelsi Kapital" MMC çıxış edir.

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi emissiya prospektini oktyabrın 28-də qeydiyyata alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti