...

AXA MBASK-ın korporativ saytında maraqlı yenilik

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2013 12:22 (UTC +04:00)
AXA MBASK Sığorta Şirkəti əhalinin sığorta baxışına yenilik gətirmək məqsədi ilə saytın sahifələrində yeni xidmət tədbiq etməyə başlayıb.
AXA MBASK-ın korporativ saytında maraqlı yenilik

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

AXA MBASK Sığorta Şirkəti əhalinin sığorta baxışına yenilik gətirmək məqsədi ilə saytın sahifələrində yeni xidmət tədbiq etməyə başlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, SŞ-nin korporativ saytında əsas sığorta növləri üzrə sığorta ödənişlər ilə bağlı vizual məlumat yerləşdirilib.

Saytdakı məlumat daim yenilənəcək, və bu onu daha aktual vəziyyətdə saxlamağa imkan verəcəkdir. http://www.axambask.az/az/Incident.aspx .

Yeniliyin başlıca məqsədi Azərbaycan ərazisində baş verən sığorta hadisələrin hansı növlərdə hansı ödənişlərin olabiləcəyi barəsində əhaliyə məlumat vermək və sığortanın əhəmiyyətini istifadəçilərə vizual şəkildə çatdırmaqdır.

Sığorta xidmətlərinin keyfiyyətinin daim yaxşılaşdırmağı qarşısına məqsəd qoyan AXA MBASK geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir.

Bu gün bütün ölkə ərazisində 80-ə yaxın agentlik fəaliyyət göstərir ki, bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti