...

Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2013 18:10 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Rəvan Sığorta" ASC-nin 4,9 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Rəvan Sığorta" ASC-nin 4,9 milyon manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-yə istinadən verdiyi məlumaat görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 40,8 manat olan 120 099 səhm buraxılıb.

Bununla da şirkətin nizamnamə kapitalı indiki 4 milyon manatdan 8,9 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti