...

"Başak-İnam" Sığorta Şirkəti həyatınızın hər anında yanınızdadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 10:30 (UTC +04:00)
9 avqust 1996-cı ildə Türkiyə tərəfindən "Başak Sığorta AŞ" və 1994-cü ildə Azərbaycan tərəfindən "Azərbaycan Beynəlxalq Bankı" ASC, "TuranBank" ASC, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı və fiziki şəxslərin təsis etdiyi "İnam" təkrarsığorta şirkətinin ortaqlığı ilə "Başak-İnam" Sığorta Şirkəti "Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta" QSC adı ilə təsis edilib.
"Başak-İnam" Sığorta Şirkəti həyatınızın hər anında yanınızdadır

Azərbaycan, Bakı, 15 noyabr /Trend/

9 avqust 1996-cı ildə Türkiyə tərəfindən "Başak Sığorta AŞ" və 1994-cü ildə Azərbaycan tərəfindən "Azərbaycan Beynəlxalq Bankı" ASC, "TuranBank" ASC, "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı və fiziki şəxslərin təsis etdiyi "İnam" təkrarsığorta şirkətinin ortaqlığı ilə "Başak-İnam" Sığorta Şirkəti "Azərbaycan-Türkiyə Sığorta və Təkrarsığorta" QSC adı ilə təsis edilib. Şirkətin idarə heyətinin sədri Orxan Həsənovdur.

"Başak-İnam" Sığorta Şirkəti qarşıya qoyduğu məqsədlərə uğurla nail olur. Şirkət gördüyü hər işdə ictimai məsuliyyət prinsiplərinə əsaslanaraq, yenilikçi və yaradıcı yanaşmalarla texnoloji inkişaf meyillərini yaxından izləyir, müştərilərinin və səhmdarlarının istəklərini ən yüksək səviyyədə qarşılayaraq, əməkdaşlarının arzu və təklifllərini dinləyərək onların şirkətin inkişafında iştiraklarını təmin edir.

Zaman keçdikcə şirkətin həyatında bəzi dəyişikliklər baş verib. Fransanın aparıcı sığorta şirkətlərindən biri olan, sığorta xidmətləri ilə yanaşı, bank, qiymətli kağızlar bazarı və daşınmaz əmlak sektorlarında da geniş fəaliyyət göstərən "Groupama" şirkəti tərəfindən alınan "Başak Sığorta AŞ" öncə "Başak Groupama Sığorta AŞ" kimi, hazırda isə "Groupama Sığorta AŞ" adı altında fəaliyyət göstərir.

2006-cı ildən etibarən isə şirkət 110 il öncə Fransada yaradılan, hazırda dünyanın 15 ölkəsində fəaliyyət göstərən A+: Standart & Poor's reytinqli "Groupama"nın ortaqlığı ilə inkişaf edir.

2008-ci ildə qəbul edilən "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən, 23 yanvar 2009-cu il tarixindən şirkət öz təşkilati-hüquqi formasını QSC-dən ASC-yə dəyişib.

"Başak-İnam" Sığorta Şirkəti insan resursları siyasətini də uğurla davam etdirir. Məqsəd insan resurslarının idarə edilməsi funksiyalarını və quruculuq fəaliyyətlərini şirkətin hədəfləri istiqamətində fəal və səmərəli şəkildə planlaşdırmaq və həyata keçirməkdir.

Şirkət "Biz düşündük, yaratdıq, təqdim edirik... Siz baxın, düşünün, inanın, seçin..." missiyası altında bir çox məhsullarını təqdim edir. Kasko sığortaları, əmlakın yanğın və digər risklərdən sığortası, sağlamlıq sığortası, fərdi qəza sığortaları, məsuliyyət sığortaları, səyahət sığortası, əmlakla bağlı digər sığortalar, ipotekaya qoyulmuş əmlakın sığortası, mühəndislik sığortaları, yük sığortaları, kənd təsərrüfatı sığortaları, icbari sığortalar kimi xidmətlər şirkətin təqdim etdikləri sırasındadır. Bu xidmətlər sırasında viza sığortası da var ki, bu yeniliyi məhz ölkədə ilk dəfə "Başak-İnam" Sığorta Şirkəti həyata keçirib. Bütün bunlar sizləri, sevdiklərinizi, sahib olduqlarınızı təminat altına ala biləcək xidmətlərdir.

Azərbaycan Respublikası Auditorlar Palatası müxtəlif dövrlərdə şirkətin auditi olub. 2008-ci ildən etibarən isə yerli audit təşkilatlarının sırasına "böyük dördlüy"ə daxil olan KPMG də qatılıb.

"Başak-İnam" Sığorta Sirkəti ASC bütün qəza və bəlaların sizdən uzaq olmasını arzulayır.

Baş ofis
Tel: (+99412) 492 04 88, 497 06 34, 497 37 00, 497 59 00
Faks: (+99412) 493 71 82
Ünvan: AZE 1001, B.Sərdarov küç., 15, Bakı, Azərbaycan
Şirkətin regionlarda da flilları fəliyyət göstərir.
"Başak-İnam" Sığorta Şirkəti ASC
Gəncə filialı
Tel: (994 22) 56 78 77
(994 22) 56 17 97
Ünvan: Gəncə küç., 39, Gəncə, Azərbaycan
"Başak-İnam" Sığorta Şirkəti ASC
Beyləqan filialı
Tel: (994 152) 52 515
Ünvan: Ramil Abbasov küç., 43, Beyləqan, Azərbaycan

Məqalədə:
Xəbər lenti

Xəbər lenti