...

ABŞ-dan olan investorlar Azərbaycanın qeyri-neft iqtisadiyyatına 880 milyon dollara yaxın sərmayə qoyublar

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2013 12:10 (UTC +04:00)
Bütün ikitərəfli əməkdaşlıq dövründə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna amerikalı sərmayəçilər tərəfindən qoyulan investisiyaların ümumi həcmi təxminən 880 milyon dollar təşkil edir.
ABŞ-dan olan investorlar Azərbaycanın qeyri-neft iqtisadiyyatına 880 milyon dollara yaxın sərmayə qoyublar

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.Əliyev/

Bütün ikitərəfli əməkdaşlıq dövründə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna amerikalı sərmayəçilər tərəfindən qoyulan investisiyaların ümumi həcmi təxminən 880 milyon dollar təşkil edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Bakıda keçiriləcək Azərbaycan-ABŞ biznes forumu ərəfəsində jurnalistlərə bildirib.

R.Məmmədov deyib: "Azərbaycana müxtəlif sahələr üzrə ixtisaslaşmış iri ABŞ şirkətlərinin nümayəndələri gəliblər. Məlum olduğu kimi, Azərbaycanla ABŞ-ın əməkdaşlığı hərtərəflidir. Ölkəmizdə ABŞ sərmayələri ilə 220 şirkət çalışır".

Onun sözlərinə görə, forumun keçirilməsində məqsəd iqtisadi əməkdaşlığın gələcəkdə intensivləşdirilməsidir: "Söhbət həm ticarət dövriyyəsinin artırılmasından, həm də qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinin inkişafından gedir. Ümumilikdə, forumun gedişində müxtəlif, o cümlədən energetika, kimya sənayesi, məişət texnikasının istehsalı və s. sahələrdə əməkdaşlığın potensialı müzakirə olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti