...

Azərbaycan ilə Dünya Bankı arasında kənd təsərrüfatı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2013 18:14 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko ilə görüşüb. Görüşün əsas məqsədi Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyətinin və perspektivlərinin müzakirəsi olub.
Azərbaycan ilə Dünya Bankı arasında kənd təsərrüfatı üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko ilə görüşüb. Görüşün əsas məqsədi Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyətinin və perspektivlərinin müzakirəsi olub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələri yüksək qiymətləndirən H.Əsədov bildirib ki, layihələr çərçivəsində fermer və digər sahibkarların maliyyə vəsaitlərinə və məlumatlara çıxışlarını yaxşılaşdırmaq, özəl baytarlıq şəbəkəsinin yaradılması, quş qripinin qarşısının alınması, infrastruktur və sosial yönümlü icma mikrolayihələrinin (kənd yollarının təmir-bərpası, içməli su təchizatı, məktəb və tibb məntəqələrinin bərpası və s.) icrası təmin edilib.

Kənd təsərrüfatının idarə edilməsini yeni bir istiqamətə yönəltməyin vacibliyini bildirən nazir Azərbaycanda heyvanların kəsim sexlərinin müasir tələblər səviyyəsində qurulmasında sivil dönüş etmək üçün texniki dəstəyin göstərilməsinin, istehsal olunmuş məhsulun istehlakçılara çatdırılmasında texniki yardımın, aqrar sahədə kadr hazırlığı sahəsində sistemli dəyişiklik edilməsinin, kənd təsərrüfatının yeni inkişaf konsepsiyasının hazırlanmasına texniki dəstəyin göstərilməsinin vacibliyini bildirib.

H.Əsədov təqdim olunmuş yeni layihənin ("Kənd Təsərrüfatının Rəqabət Qabliyətliliyinin Gücləndirilməsi") təqdirəlayiq olduğunu bildirərək tezliklə həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Xanım L.Leşçenko irəli sürülən təklifləri yüksək qiymətləndirib, bundan sonra da Dünya Bankı ilə Azərbaycan hökuməti arasında aqrar sahədə əməkdaşlığın davam etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti