...

Azərbaycan ilə AİB arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2013 15:26 (UTC +04:00)
Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Bryus Deyvisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə AİB arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

Azərbaycan, Bakı, 28 noyabr /Trend/

Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Bryus Deyvisin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub.

S.Şərifov AİB Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakı şəhərində keçiriləcək illik iclasının təşkili ilə bağlı Azərbaycan hökuməti tərəfindən aparılan işlər bərədə məlumat verib.

Bu istiqamətdə görülən işləri yüksək qiymətləndirən B.Deyvis Bakı şəhərinin bankın Rəhbərlər Şurasının illik iclasına layiqincə ev sahibliyi edərək AİB-in etibarlı tərəfdaşı olduğunu bir daha sübut edəcəyinə əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti