...

Ziya Məmmədov: Azərbaycanda nəqliyyat sahəsinə sərmayə yatırmaq üçün əlverişli şərait yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2013 14:21 (UTC +04:00)
Son 5 ildə nəqliyyat sahəsinə yatırılmış investisiyalar Azərbaycan iqtisadiyyatının bütün sahələrinə qoyulmuş investisiyaların 20 faizini təşkil edib.
Ziya Məmmədov: Azərbaycanda nəqliyyat sahəsinə sərmayə yatırmaq üçün əlverişli şərait yaradılıb

Türkiyə, İstanbul, 5 dekabr /Trend, xüsusi müxbir A.Axundov/

Son 5 ildə nəqliyyat sahəsinə yatırılmış investisiyalar Azərbaycan iqtisadiyyatının bütün sahələrinə qoyulmuş investisiyaların 20 faizini təşkil edib. Trend-in məlumatına görə, bunu cümə axşamı nəqliyyat naziri Ziya Məmmədov İstanbulda III Xəzər Forumu çərçivəsində panel müzakirələrində deyib.

Onun sözlərinə görə, Azərbaycanda beynəlxalq nəqliyyat sisteminə inteqrasiya, infrastrukturun inkişafı, bu sahənin davamlı maliyyələşdirilməsi, xidmətin keyfiyyətinin artırılması, nəqliyyatdan istifadənin sadələşdirilməsi məsələləri uğurla həll edilir: "Azərbaycanda nəqliyyat sahəsinə sərmayə yatırmaq üçün əlverişli şərait yaradılıb".

Z. Məmmədov qeyd edib ki, Azərbaycan bir sıra beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır: "Onlar sırasında TRASECA nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələtdə beynəlxalq dəniz ticarət limanının tikintisi var".

HASEN Xəzər strateji institutu tərəfindən təşkil olunmuş III Xəzər Forumu bütün dünyadan yüksəkvəzifəli rəsmi şəxsləri, şirkət nümayəndələrini və aparıcı ekspertləri bir araya gətirib.

Forumda Xəzər regionunun energetika, nəqliyyat və maliyyə sahələrində layihələri müzakirə olunacaq, gələcək əməkdaşlıq imkanları araşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti