...

2013-cü ildə Azərbaycanda milli valyutanın məzənnəsinin sabit saxlanması üçün bazardan 2,1 milyard dollar götürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2013 12:08 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) özünün siyasət prinsiplərinin irsiliyini saxlamaqla, 2014-cü ildə ölkə iqtisadiyyatının qarşısında duran yeni strateji vəzifələrin həllinə hərtərəfli dəstək verəcək və qlobal iqtisadiyyatdan gələ bilən risklərin neytrallaşdırılmasına çalışacaq.
2013-cü ildə Azərbaycanda milli valyutanın məzənnəsinin sabit saxlanması üçün bazardan 2,1 milyard dollar götürülüb

Azərbaycan, Bakı, 25 dekabr / Trend, müxbir E.Əliyev /

Azərbaycan Mərkəzi Bankı (AMB) özünün siyasət prinsiplərinin irsiliyini saxlamaqla, 2014-cü ildə ölkə iqtisadiyyatının qarşısında duran yeni strateji vəzifələrin həllinə hərtərəfli dəstək verəcək və qlobal iqtisadiyyatdan gələ bilən risklərin neytrallaşdırılmasına çalışacaq. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Mərkəzi Bankın məzənnə siyasəti 2014-cü ildə də milli məzənnənin sabitliyinin saxlanılması və valyuta bazarında balansın təminatına yönəldiləcək. Həmçinin dollar/manat məzənnəsinin ikitərəfli hədəflənməsi bu siyasətin əməliyyat çərçivələrini müəyyən edəcək".

AMB-dan bildirilib ki, tədiyə balansının profisiti manatın məzənnəsinə təsir edən başlıca makroiqtisadi amil olacaqdır: "Tədiyə balansının əhəmiyyətli profisiti və artan valyuta gəlirlərinin bir hissəsinin sosial-iqtisadi inkişaf məqsədləri üçün fəal istifadə olunması şəraitində Mərkəzi Bank manatın daha yüksək templə bahalaşmasına yol verməyib. Bu məqsədlə bazardan 2,1 milyard dollar həcmdə xarici valyuta alınıb. Nəticədə ilin əvvəlindən manatın ABŞ dollarına nisbətdə məzənnəsi cəmi 0,08 faiz möhkəmlənib. Manat regionun ən sabit və etibarlı valyutasıdır və sərhəd ticarətində fəal istifadə olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti