...

Əli Məsimli: İki dövlət proqramı Azərbaycan regionlarının inkişafında vacib rol oynayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2014 20:40 (UTC +04:00)
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi Azərbaycan rayonlarının inkişafında bütün aspektlər üzrə müsbət rol oynayıb.
Əli Məsimli: İki dövlət proqramı Azərbaycan regionlarının inkişafında vacib rol oynayıb

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir A.Axundov/

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının həyata keçirilməsi Azərbaycan rayonlarının inkişafında bütün aspektlər üzrə müsbət rol oynayıb. Bunu cümə axşamı Trend-ə Milli Məclisin deputatı Əli Məsimli deyib.

Fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası regionlarının 2004-2008 və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfrans keçirilib.

Ə.Məsimli qeyd edib ki, ölkə regionlarının bütün inkişaf istiqamətləri bu sənədlərdə mərhələli olaraq öz əksini tapdı.

Onun sözlərinə görə, rayon mərkəzləri, şəhərlərin abadlaşdırılması üzrə işlərin nəticəsi çox aydın görünür: "Proqramlar iri infrastruktur layihələrini əhatə edib. Birinci proqram həyata keçirilməmişdən əvvəl elektrik enerjisi təchizatı ölkə regionları üçün ciddi problem idi. Proqramlar çərçivəsində görülən tədbirlər region əhalisinin sukta ərzində elektrik enerjisi ilə təminatında vacib rol oynayıb. Bundan başqa, rayonların qazlaşdırılması, yol infrastrukturunun yaradılması və yaxşılaşdırılması üzrə ciddi addımlar atılır. Regionlarda mövcud məktəblərin təmir edilməsi və yeni məktəblərin tikilməsi, müasir texnologiyalara malik tibb müəssisələrinin yaradılması, yeni istehsalat obyektlərinin qurulması regionların inkişafına müsbət təsirini göstərib".

Dövlət proqramlarının reallaşdırılmasının digər müsbət nəticəsi regionlarda turizmin inkişafı sahəsinin yaxşılaşması oldu.

Deputat vurğulayıb ki, gəlirlilik üzrə dünya təsnifatında elektronika və müdafiə sənayesindən sonra turizm üçüncü yerdə qərarlaşıb: "Dövlət proqramları regionların turizm potensialının istifadəsi və ümumilikdə turizmin inkişafı üzrə tədbirlərin görülməsini nəzərdə tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti