...

Hövsan qəsəbəsində yenilik

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2014 15:59 (UTC +04:00)
Artıq Hövsan qəsəbəsinin sakinlərinin də öz bankı var. "Unibank" daha bir filialını Hövsanda açdı.
Hövsan qəsəbəsində yenilik

Azərbaycan, Bakı, 6 mart /Trend/

Artıq Hövsan qəsəbəsinin sakinlərinin də öz bankı var. "Unibank" daha bir filialını Hövsanda açdı.

Bankdan Trend-ə verilən məlumata görə, qəsəbənin lap mərkəzində yerləşən yeni filial ərazidə yaşayan paytaxt sakinlərinin yüksək keyfiyyətli və səmərəli bank xidmətlərinə tələbatını ödəyəcək. Hövsan filialı pərakəndə kreditlərin verilməsi ilə məşğul olacaq. Həmçinin kiçik və orta biznesin maliyyələşdirilməsi üçün kreditlərin ayrılmasını həyata keçirəcək. Bundan başqa, fərdi müştərilər üçün kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları və digər xidmətləri əhatə edən geniş məhsul xətti təklif olunur.

Filialların genişləndirilməsi bankın əsas inkişaf prioritetləri sırasındadır. Yeni filialın açılışı ilə Unibank-ın filial şəbəkəsi 34-ə çatdı.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti