...

AXA MBASK səhmlərinin yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2014 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir A.Axundov/

Martın 12-dən Bakı Fond Birjasında (BFB) AXA MBASK sığorta şirkətinin 5,5 milyon manat məbləğində səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayır.

Birjadan Trend-ə verilən məlumata görə, emissiya prospekti hər birinin nominal dəyəri 382 manat olan 14,4 min səhmdən ibarətdir.

Məlumatda deyilir ki, şirkət səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı BFB-yə müraciət edib.

Yerləşdirmənin anderrayteri qismində "Unicapital" MMC çıxış edir.

Emissiyanın yerləşdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 14.23 milyon manata çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti