...

Azərbaycan, Türkiyə və İranın dəmiryolları birləşdirilə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2014 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir E.İsmayılov/

Azərbaycan, Türkiyə və İran öz dəmiryollarının birləşdirilməsi imkanlarına baxırlar. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vanda Türkiyə, İran və Azərbaycan XİN rəhbərlərinin görüşünün yekunu üzrə bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin görüşü zamanı Bakı-Tbilsi-Qars və Naxçıvan-Culfa-Təbriz dəmiryollarının birləşdirilməsi məsələsi də müzakirə olunub.

Görüşün yekunu üzrə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, layihələrin reallaşdırılması və Asiya ölkələri arasında dəmiryol nəqliyyatının yaradılması "Böyük İpək Yolu" dəmiryolunu yaratmağa və Pekindən Londonadək yüklərin daşınmasını həyata keçirməyə imkan verəcək. O, qeyd edib ki, bu prosesdə Bosfor boğazının altı ilə çəkilən və 2013-cü ilin oktyabrında istismara verilən "Marmaray" dəmiryol tuneli də mühüm rol oynayır.

Azərbaycan və Türkiyəni birləşdirəcək Bakı-Tbilsi-Qars dəmiryolunun tikintisi prosesini 2015-ci ilin ortalarında başa çatdırmaq mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti