Azərbaycan, Bakı, 17 mart /Trend/
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondu faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazların 8-ci emissiyasından 5 milyon manat məbləğində birinci tranşı yerləşdirib.
Trend-in Bakı Fond Birjasına istinadən verdiyi məlumata görə, birjanın iki üzvü tərəfindən 33,918 milyon manat dəyərində sifariş verilib. Sifarişlər 100,2833 qiymətdə təqdim olunub.
İstiqraz vərəqələrinin ödəmə tarixi 21 dekabr 2023-ci ildir.
Bu günədək 5 milyon manat həcmində istiqraz hərraca çıxarılıb, lakin tələbat təklifi 6,78 dəfə üstələyib.