...

Azərbaycanda sığorta agentlərinin reyestri yaradıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Mart 2014 05:30 (UTC +04:00)
Azərbaycanda sığorta agentlərinin reyestri yaradıla bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.
Azərbaycanda sığorta agentlərinin reyestri yaradıla bilər

Azərbaycan, Bakı, 20 mart /Trend, müxbir E.Əliyev/

Azərbaycanda sığorta agentlərinin reyestri yaradıla bilər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov deyib.

Onun sözlərinə görə, bu məsələ ASA çərçivəsində müzakirə olunur.

O.Bayramov qeyd edib ki, hazırda Azərbaycanda təqribən 800 sığorta agent çalışır: "Hazırda belə bir siyahının hazırlanması imkanı, hətta ola bilsin, "yaxşı" və "pis" agentlər kateqoriyasının tərtib edilməsi müzakirə olunur. Müştərilərin agentlərin təklif etdiyi xidmətlərin keyfiyyəti haqqında aktual informasiya alması və səhlənkar sığortaçılara müraciətlərdən yayınması üçün gələcəkdə reyestrin internetdə açıq çıxış olmaqla dərc edilməsi müzakirə edilir".

O, qeyd edib ki, dekabrda Bakıda ənənəvi Sığorta Agentlərinin Milli Forumu keçiriləcək: "Bu il qərara alındı ki, tədbirin formatı genişləndirilsin, çünki sığorta məhsullarına da tələbat fəal şəkildə artır. Buna bəzi beynəlxalq, o cümlədən Türkiyədən olan ekspertlərin cəlb edilməsi planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti