...

BVF iki il ərzində Ukraynaya 14-18 milyard dollar kredit verəcək (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2014 14:37 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu (BVF) Kiyevdə missiyasının yekunları üzrə “stand by” stabilləşdirmə proqramı çərçivəsində Ukraynaya 14-18 milyard dollar vermək barədə razılığa gəlib. Trend-in məlumatına görə, bu barədə RİA “Novosti” fondun məlumatına istinadən xəbər yayıb.
BVF iki il ərzində Ukraynaya 14-18 milyard dollar kredit verəcək (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:01-də yayılıb)

Azərbaycan, Bakı, 27 mart /Trend/

Beynəlxalq Valyuta Fondu (BVF) Kiyevdə missiyasının yekunları üzrə "stand by" stabilləşdirmə proqramı çərçivəsində Ukraynaya 14-18 milyard dollar vermək barədə razılığa gəlib. Trend-in məlumatına görə, bu barədə RİA "Novosti" Fonda istinadən xəbər verir.

Sazişə apreldə "ölkə hakimiyyəti tərəfindən iqtisadiyyatın artımı və sabitləşmə üçün möhkəm şərait yaradılmasına yönəlmiş güclü və hərtərəfli islahatlar zərfinin qəbulu"ndan sonra Beynəlxalq Valyuta Fondunun rəhbər orqanları tərəfindən baxılacaq. Bu zaman məbləğin dəqiqləşdiriləcəyi mümkündür.

Bununla belə, BVF-nin vəsaitləri daxil olmaqla, beynəlxalq ictimaiyyətin ayıracağı maliyyə yardımı 2 il ərzində 27 milyard dollar təşkil edəcək.

Proqram çərçivəsində monetar və valyuta siyasəti, maliyyə sektoru, büdcə siyasəti və enerji sektorunda islahatlar aparmaq planlaşdırılır.

Əsas islahatlardan biri əhali üçün qazın tariflərinin bazar səviyyəsinədək artırılması olacaq.

UNİAN agentliyi daha əvvəl məlumat vermişdi ki, mayın 1-dən əhali üçün qazın qiymətinın artımı 50 faiz, mənzil kommunal təsərrüfatı müəssisələri, istilik enerjisi istehsalçıları üçün isə iyulun 1-dən 40 faiz təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti