...

Bank VTB (Azərbaycan) debet-kredit kartları üzrə yeni şərtlər tətbiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2014 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Bank VTB (Azərbaycan) aprelin 10-dan başlayaraq debet-kredit kartı olan "Depozit kartı" üzrə yeni şərtlər tətbiq etmişdir.

Belə ki, bankda 5 000 AZN/USD-dən artıq depozit yerləşdirmiş hər bir müştəri pulsuz "VISA Gold" səviyyəli debet-kredit kartı və əmanətin 70% həcmində kredit xətti əldə edəcəkdir. Həmçinin depozit məbləği 1 000 - 5 000 AZN/USD olan müştərilərə pulsuz "VISA Classic" səviyyəli debet-kredit kartı veriləcək və kredit xətti açılacaqdır.

Bank VTB (Azərbaycan) ASC-nin və tərəfdaş bankların bankomat şəbəkəsindən "Depozit kartı" ilə nağd vəsait çıxarılarkən komissiya tutulmur.

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru İlnur Salyaxov qeyd etmişdir: "Depozit kartı" məhsulu ilk növbədə ona görə əlverişlidir ki, müştəriyə banka gəlmədən əmanət üzrə hesablanmış faizləri əldə etməyə və əmanətin girovu əsasında kredit xəttindən istifadə etməyə imkan verir. Müvafiq kreditləşmə sxemi müştəriyə əmanət üzrə faizləri itirmədən kreditdən istifadə etməyə şərait yaradır. Həmçinin Bank VTB (Azərbaycan) ASC-nin kart sahibləri vəsaitlərini güzəştli tariflərlə (əlavə komissiyalar tutulmadan) VTB qrupun Azərbaycan, Rusiya, Gürcüstan və MDB ölkələrində olan bankomat şəbəkəsində nağdılaşdıra bilərlər".

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün bank 5 filial və baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti