...

Azərbaycan əhalisinin gəlirləri 9,1 milyard manata çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2014 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

2014-cü ilin birinci rübündə əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 9,1 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 969,2 manat və ya ayda 323,1 manat təşkil edib.

Dövlət Statisitika Komitəsindən Trend-ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 1,2 faiz bəndi üstələyərək 3,2 faiz olub.

Gəlirlərin 70,9 faizi son istehlaka, 8,6 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,2 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 18,3 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 8,3 milyard manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 4,8 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti