...

Beynəlxalq Sığorta Şirkəti nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2014 17:58 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Beynəlxalq Sığorta Şirkəti" ASC-nin 6 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend Bakı Fond Birjasına istinadən məlumat verir.
Beynəlxalq Sığorta Şirkəti nizamnamə kapitalını artırır

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir E.Əliyev/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Beynəlxalq Sığorta Şirkəti" ASC-nin 6 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə Trend Bakı Fond Birjasına istinadən məlumat verir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 10 min manat olan 600 səhm buraxılıb.

Sövdələşmənin anderrayteri qismində "İnterneyşnl Tranzakşn Sistem"" MMC çıxış edir.

Emissiyanın yerləşdirilməsi çərçivəsində şirkətin nizamnamə kapitalı 8,8 milyon manatdan 14,8 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti