...

"Bank Technique"in "Nəsimi" filialı yeni ünvana köçüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2014 12:38 (UTC +04:00)
"Bank Technique" ASC-nin "Nəsimi" filialı, Bankın filial və şöbələrinin geolokasiyası ilə bağlı həyata keçirdiyi yeni siyasətinə uyğun olaraq, bu gündən yeni ünvanda fəaliyyət göstərir.
"Bank Technique"in "Nəsimi" filialı yeni ünvana köçüb

Azərbaycan, Bakı, 29 aprel / Trend/

"Bank Technique" ASC-nin "Nəsimi" filialı, Bankın filial və şöbələrinin geolokasiyası ilə bağlı həyata keçirdiyi yeni siyasətinə uyğun olaraq, bu gündən yeni ünvanda fəaliyyət göstərir.

Çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir ki, daha öncə Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küç., 25 ünvanında yerləşən filial hazırda Səbail rayonu, Xaqani küç., 39 ünvanında bankın konsepsiyasına uyğun yenilənmiş binaya köçürülüb.

Bankdan bildirilib ki, xidmət nöqtəsinin şəhərin mərkəzində yerləşməsi çoxsaylı müştərilərin ehtiyaclarının rahatlıqla ödənilməsinə zəmin yaradacaq. Filialda əhaliyə və hüquqi şəxslərə depozitlər, müxtəlif növ kreditlər, valyuta-mübadiləsi, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla, tam spektrda bank xidmətləri göstərilir.

Filialın yeni ünvanını www.banktechnique.az saytındakı Bankın filiallar və şöbələrini əks etdirən "İnteraktiv xəritə" vasitəsilə daha rahat tapmaq mümkündür.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in 31 filial və 22 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti