Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Əliyev/
2014-cü ilin yanvar-aprel aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 2755 inzibati qanun pozuntusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə DGK-nın hesabatında deyilir.
Onlardan 88-i qanunsuz daşımaya cəhd, 63-ü əşya, mal və ya pul vəsaitlərinin bəyan edilmədən keçirilməsi, 2221-i isə müvafiq sənədlərin təqdim edilməməsi ilə bağlıdır.
Həmçinin hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 106 fakt qeydə alınıb. 76 fakt qaçaqmalçılıqla, 53-ü isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.
Hesabat dövründə 48,39 kiloqram narkotik vasitə, 57,72 qram psixotrop maddə ələ keçirilib.
Həmçinin aksiz markaları olmadan malların idxalı üzrə bir fakt qeydə alınıb.
Bu faktlar üzrə yanvar-aprel aylarında şübhəli şəxs qismində 130 nəfər saxlanılıb.