Azərbaycan, Bakı, 26 may /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin nizamnamə kapitalı 21,2 faiz, yəni 599 000 000-dan 726 146 366 manatadək artırılıb.
Trend xəbər verir ki, Nazirlər Kabinetinin bazar ertəsi rəsmi mətbuatda dərc edilmiş qərarına görə, QSC-nin hər birinin nominalı iki manat olan adi səhmlərinin miqdarı müvafiq olaraq 299 500 000-dan 363 073 183 ədədədək artıb.
2013-cü ildə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin (QSC) gəlirləri 223,1 milyon manat təşkil edib. Ötən il QSC-nin gəlirləri yük (208,2 milyon manat) və sərnişin (14,9 milyon manat) daşımalarının hesabına formalaşıb.
2013-cü ildə QSC-nin xərclərinin ümumi həcmi 214 milyon manat təşkil edib ki, bundan 73,3 milyon manat işçilərin maaşlarının ödənilməsinə, 53,1 milyon manat mal və materialların alınmasına, 38,7 milyon manat istifadə olunmuş elektrik enerjisi, yanacaq və su haqqının ödənişinə, 15,3 milyon manat Dövlət Sosial Müdafiə Fondunun ödənişlərinə, 4,1 milyon manat vergi ödənişləri şəklində dövlət büdcəsinə yönəldilib.
Beləliklə, ötən il QSC-nin xalis mənfəəti 9 milyon manat təşkil edib.
Ümumilikdə, 2013-cü ildə QSC tərəfindən 23,2 milyon ton yük və 2,5 milyon sərnişin daşınıb.