...

Vergilər naziri Fazil Məmmədov Göyçayda vətəndaşları qəbul edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2014 15:27 (UTC +04:00)
Bu gün vergilər naziri Fazil Məmmədov tərəfindən Göyçay şəhərindəki 9 saylı Ərazi Vergilər İdarəsində Göyçay, Ağdaş, Ucar və Kürdəmir rayonlarından olan vətəndaşlar üçün qəbul keçirilib.
Vergilər naziri Fazil Məmmədov Göyçayda vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

Bu gün vergilər naziri Fazil Məmmədov tərəfindən Göyçay şəhərindəki 9 saylı Ərazi Vergilər İdarəsində Göyçay, Ağdaş, Ucar və Kürdəmir rayonlarından olan vətəndaşlar üçün qəbul keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan çox vətəndaş vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti