...

Bakıda MDB və Baltikyanı, eləcə də Gürcüstanın dəmir yolu şirkətlərinin iddia müşavirəsi keçirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2014 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

İyunun 2-dən 6-dək Bakıda MDB və Baltikyanı, eləcə də Gürcüstan dəmir yolları arasında qorunmamış yüklərə görə zərərin ödənilməsi haqqında mübahisəli işlərə baxılması üzrə iddia müşavirəsi keçirilir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantının birinci iş gününü giriş sözü ilə açan QSC-nin Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev Azərbaycan polad magistralının hazırkı durumu, həyata keçirilən islahatlar, qarşıda duran perspektiv məsələlər haqqında müşavirə iştirakçılarına ətraflı məlumat verib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın icrası istiqamətində görülən işlər, "Şimal-Cənub" və Bakı-Tbilisi-Qars beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində həyata keçirilən işlərdən danışıb.

Sonra müzakirələr başlanıb.

Müşavirənin sonunda müvafiq protokol imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti