...

"Fəal Ailəm – Sağlam Aləm" Gənclərin Avropa Olimpiya Sınaq Yarışlarında (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2014 12:31
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Təhsil Nazirliyi və “Cola-Cola” şirkəti tərəfindən birgə həyata keçirilən“Fəal Ailəm – Sağlam Aləm” (FASA) proqramı çərçivəsində Bakıda ailələr üçün idman yarışları təşkil olunub.
"Fəal Ailəm – Sağlam Aləm" Gənclərin Avropa Olimpiya Sınaq Yarışlarında (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Azərbaycan Təhsil Nazirliyi və "Cola-Cola" şirkəti tərəfindən birgə həyata keçirilən"Fəal Ailəm - Sağlam Aləm" (FASA) proqramı çərçivəsində Bakıda ailələr üçün idman yarışları təşkil olunub.

Təxminən 500-ə yaxın ailənin qatıldığı yarışma Tofiq Bəhramov adına stadionda Gənclərin Avropa Olimpiya Sınaq Yarışlarında (EYOT) iştirak edən atletlərin çıxışlarında fasilələr zamanı keçirilib.

İdman yarışlarında 9 ailə qalib gəlib ki, onlar MOK tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.Azərbaycanda icrası 5 il nəzərdə tutulan "Fəal Ailəm - Sağlam Aləm" proqramının məqsədi ölkədə aktiv və sağlam həyat tərzinin inkişafına yardım etmək və ailələri şən və təhlükəsiz idman tədbirlərinə cəlb etməklə, sağlam nəsil böyütməkdir.

Proqram çərçivəsində müntəzəm idman yarış və məşqləri vasitəsilə ailələri aktiv və sağlam həyat tərzinə yönəldən dəstək sistemləri yaradılıb.

İcrasına 2013-cü ildə başlanılan FASA proqramı çərçivəsində Azərbaycan regionları və Bakının orta məktəblərinin şagirdləri üçün promo-aksiyalar təşkil olunub, paytaxtda və ölkənin 20-dən artıq regionunda təsnifat oyunları və ilk Bakı Ailəvi Turniri keçirilib.

"CocaCola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dolları olan brendlər daxildir: "DietCoke", "Fanta", "Sprite", "Coca-ColaZero", "vitaminwater", "Powerade", "MinuteMaid", "Simply" və "GeorgiaCoffee". Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,8 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti